Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstanda uran və radioaktiv maddəni başqa ölkəyə daşımağı planlaşdıran əcnəbilər saxlanılıb

 

Gürcüstanda Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks-kəşfiyyat və Xüsusi Əməliyyatlar Departamentlərinin birgə keçirdiyi tədbirlər çərçivəsində Kutaisi şəhərində iki xarici vətəndaş saxlanılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Gürcüstan DTX rəisinin birinci müavini Laşa Maqradze qurumda keçirilən brifinqdə məlumat verib.

Məlumata görə, onlar nüvə materialı olan uran və radioaktiv maddə – sezium-137 əldə edərək onu 3 milyon ABŞ dolları qarşılığında başqa ölkəyə qanunsuz şəkildə daşımağı planlaşdırıblar.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər son həftələr ərzində Gürcüstana mütəmadi səfərlər edərək bu cinayət planının həyata keçirilməsi üçün əlverişli şərait yaradıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 19-230-cu maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır. Rəsmi qurumlar bildirir ki, bu cür maddələr çox vaxt terror və digər ağır cinayətlərdə istifadə olunur.

Həmçinin, qeyd olunub ki, Gürcüstanda son bir gün ərzində həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində təhlükəsizlik və korrupsiya ilə bağlı ciddi faktlar üzə çıxıb. 13 müxtəlif cinayət işi üzrə 29 nəfər saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam