Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məhkəmə: Aktuallığını itirmiş xəbərin silinməsi tələb oluna bilər

 

Ali Məhkəmə ilk dəfə beynəlxalq təcrübədə istifadə edilən unudulmaq hüququnun izahını verib.

Yenixeber.org: Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Məlumata görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb. Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum Qərarında bu hüquqla bağlı yeni mühüm mövqelər sərgiləyib.

Unudulmaq hüququ nədir?

Qeyd olunub ki, unudulmaq hüququ - rəqəmsal platformalarda əvəllər yayılmış fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbi ilə silinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələb etmək hüququnu nəzərdə tutur: “Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxış mətnləri və sair) dövlət və ictimai mənafe baxımından yayıla bilər, öz aktuallığı ilə cəmiyyətin gündəmində, legitim maraq dairəsində ola bilər. Belə məlumatların yayılması qanunidir, şəxsin razılığının olub-olmaması, özü və ya başqa şəxs tərəfindən yayılmasının heç bir əhəmiyyəti yoxdur. Belə olan halda şəxs neqativ məlumatların onun mənafeyinə mənfi təsir etməsinə baxmayaraq, istədiyi vaxt onların düzəldilməsini, silinməsini tələb edə bilmir".

Ali Məhkəmənin mövqeyinə görə, bu hal sonsuza qədər davam edə bilməz və ictimaiyyətə açıq belə məlumatlar yayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər. Belə ki, həmin məlumatların yayılmasının üzərindən müəyyən müddət keçdikdən sonra, məlumat köhnələrsə, öz aktuallığını itirərsə, artıq dövlət və ictimaiyyət üçün maraqlı olmazsa şəxs bu barədə tələb irəli sürə bilər. Lakin belə tələblərin təmin olunması üçün məlumat rəqəmsal platformada yayılmış olmalıdır və şəxs məlumatın hələ də onun mənafeyinə zidd olmasını sübuta yetirməlidir.

Məlumatların aktuallığının itirilməsi əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət daşımamasıdır.

Belə neqativ məlumatların silinməsini tələb edən şəxslər müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər. Lakin tələb irəli sürdükləri halda, mənafelərinə olan neqativ təsiri əsaslandırmalı və sübut etməlidirlər. Məsələn, tanınmış musiqiçi tərəfindən 2020-ci ildə mediada əri ilə münasibətlərinin xəyanət səbəbi ilə pozulması barədə verdiyi müsahibənin sonradan uşaqlarının mənafeyi baxımından informasiya resurslarından silinməsinin tələb edilməsi və ya fərdi sahibkarın 2010- cu ildə vergidən yayınması barədə mediada qanunauyğun şəkildə dərc olunmuş və onun işgüzar nüfuzuna mənfi təsir edən məlumatın vergi borcunun ödənildiyinə görə artıq ictimai maraq kəsb etməməsi səbəbindən sonradan informasiya resurlarından silinməsinin tələb edilməsi. Şəxsin ölümündən sonra onun yaxınının da unudulmaq hüququ yaranır. Bu zaman həmin məlumatın iddiaçı ilə yanaşı, vəfat etmiş şəxsin sağlığında onun mənafeyinə də mənfi təsir etdiyi müəyyən olunmalıdır”.

Unudulmaq hüququ fiziki şəxslərlə yanaşı hüquqi şəxslərə də aid olunur

Bildirilib ki, unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsus olmamaqla, həm də hüquqi şəxslərə aid qeyri-əmlak hüququ sayılır: “Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatın silinməsinin tələb edilməsi. İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalara, media subyektlərinə qarşı qaldırılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam