Rusiya ordusunun Ukraynaya zərbəsi nəticəsində 3 qardaş ölüb, ana və nənə yaralanıb
Rusiyanın ordusunun Ukraynanın Kramatorsk şəhərinə endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb.
Yenixeber.org xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Donetsk Vilayət Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Prokurorluğun açıqlamasına görə, mərminin fərdi yaşayış evinə düşməsi nəticəsində üç qardaş ölüb. Hadisə zamanı onların anası və nənəsi isə yaralanıb.









AZ
RU