Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vens Azərbaycanda bu 4 məsələni müzakirə edəcək

Vens Azərbaycanda bu 4 məsələni müzakirə edəcək

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri başlayır. O, bu gün İrəvanda olacaq. Sabah isə Azərbaycana gələcək.

Yenixeber.org: Vensin səfərinin diplomatik baxımdan Azərbaycana nələr vəd etdiyi və nələrin müzakirə ediləcəyi diqqəçəkən nüanslardır.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Vensin Azərbaycana səfəri əlaqələrdə inkişaf vəd edir:

"Əlbəttə ki, belə yüksək səviyyəli səfər irəliləyiş vəd edir. Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edəcək. Bu, önəmlidir. Axırıncı dəfə, 2008-ci ildə Corc Buşun vitse-prezident Dik Çeyni ölkəmizə səfər etmişdi. Lakin onun səfərində təhlükəsizlik məsələləri və ən əsas Əfqanıstan məsələsi masadaydı".

E.Məmmədyarov Azərbaycanla müzakirə ediləcək məsələlərdən də bəhs edib:

"Çox güman, yenə də enerji, nəqliyyat, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə olunacaq. O cümlədən, indi İran məsələsi var, eləcə də Yaxın Şərqdə vəziyyətin necə olacağını müzakirə edəcklər. Güman ki, ABŞ vitse-prezidenti Rusiya məsələsinə də toxunacaq. Ukrayna məsələsini necə həll etmək barədə düşünürlər. Çünki tezliklə Ukraynada sülhün olacağı gözlənilmir. Atəşkəs ola bilər, lakin yekun sülhün olacağını düşünmürəm. Tərəflər həm iqtisadiyyyat, həm siyasi, həm təhlükəsizlik məsələlərinə toxunacaqlar. Amma inanıram ki, yüksək səviyyəli şəxslər ölkəyə gələndə əlaqələrdə dinamika, inkişaf artır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam