Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Plastik cərrah Vüqar Ələkbərovla bağlı Baş Prokurorluqda yenidən araşdırma aparılır”

Bu ilin aprel ayında Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən Universal Hospitalda tanınmış xanım müğənnilərdən biri üzərində sinə kiçiltmə əməliyyatı aparıb.

Yenixeber.org: Məlumata görə, əməliyyatdan sonra pasiyentin vəziyyəti gözlənilən kimi olmayıb. Belə ki, qadının sinə nahiyəsində nekrozlaşma, yəni toxumaların çürüməsi müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.

İddialara əsasən, yaranmış problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. 

Tərəflər arasında münaqişə yaranıb və nəticədə zərərçəkən şəxs məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıb. Hazırda faktla bağlı hüquqi araşdırma aparılır və iddialar müvafiq qurumlar tərəfindən yoxlanılır.

İttihamlarla bağlı Vüqar Ələkbərovla əlaqə saxlanılıb. Həkim açıqlamasında barəsində deyilənlərin şər və böhtan olduğunu, yayılan çürüyən bədən görüntülərinin müğənniyə aid olmadığını və internet resurslarından götürüldüyünü bildirib.

Araşdırma zamanı zərərçəkən şəxsin kimliyi dəqiqləşdirilib. Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs 58 yaşlı Əməkdar artist Gülüstan Əliyevadır. O,  açıqlamasında Vüqar Ələkbərovun daha əvvəl də digər şəxslər, eləcə də tanınmış simalar üzərində uğursuz əməliyyatlar apardığını iddia edib. 

Əməkdar artist istintaq getdiyi üçün hələlik məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini bildirib.(azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam