Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəşt-Astara dəmiryolu layihəsinin tikintisi gələn ildən başlanılacaq

 

“Rəşt-Astara dəmiryolu layihəsinin tikintisi gələn ildən başlanılacaq”.

Yenixeber.org xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.

Baş nazirin müavini bildirib ki, artıq dəmiryolunun altına düşən torpaqların alınması istiqamətində ciddi addımlar atılır: “Ümumi 162 km lazım olan torpaqların yarısı – 80 km alınıb. Gələn ilin mart ayına qədər torpaqların qalan hissəsi də alınacaq. Rusiya tərəfi geoloji axtarış işlərinə artıq başlayıb. Rusiya tərəfinin verdiyi məlumata görə, mərhələlərlə layihələndirməsi həyata keçiriləcək. Mümkündür ki, 2026-cı ildə artıq praktiki tikinti işlərinə başlanılsın. 2026-cı ildə başlanılsa və 3 il ərzində tikintisi başa çatsa, təxminən 2030-cu ilədək tam gücü ilə işləməyə imkan yaradacaq. Rusiya hökuməti ilə bizim Sazişdə qeyd edilib ki, 2028-ci ilin yanvarından ilkin mərhələdə 5 milyon ton yükün daşınması təmin olunacaq. Gələcəkdə isə 15 milyon tona qaldırmaq şərtilə yüklər daşınacaq. Bu, Azərbaycan iqtisadiyyatına ciddi gəlirlər gətirəcək. İstənilən ölkə tranzit yüklər daşımaqda maraqlıdır. Həm də bu geosiyasi baxımdan da Azərbaycana ciddi faydalar gətirəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam