Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblərarası anlaşma dünya üçün modeldir

 

Azərbaycanın adı dünya miqyasında dinlərarası dialoqla yanaşı, islamdaxili anlaşma müstəvisində örnək olaraq vurğulanır.

Yenixeber.org xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ və dini konfessiyaların Anım Gününün 5-ci ildönümünə həsr edilən birgə iclasında deyib.

O qeyd edib ki, islamdaxili dialoqun üzləşdiyi problemlər və onların aradan qaldırılması yollarının araşdırılması məsələlərinə həsr olunmuş Bəhreyn tədbirində müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim edilir:

"Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir. Azərbaycanın qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti olduqca zəfərlərimiz də davam edəcək. Bu gün Xankəndi Azərbaycanın Beynəlxalq Zirvə görüşləri keçirdiyi məkan kimi dünyanın gündəmindədir. Xocalıda soyqırımı qurbanlarının memorial abidəsi ucaldılır. Bakıda isə Zəfər Tağı qürurlu qələbəmizi təcəssüm etdirir. Bu, ilahi ədalətin qələbəsi deməkdir. Azərbaycan din xadimləri, bütün dindarlarımız Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətini, qalibiyyətli siyasi xəttini hər zaman dəstəkləyirlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam