Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb

 

NATO “Rusiyanın 19 sentyabr tarixində Estoniyanın hava məkanını təhlükəli şəkildə pozmasını qətiyyətlə pisləyən” bəyanat qəbul edib.

Yenixeber.org-un xəbərinə gör, bu gün Şimali Atlantika Şurası Estoniyanın tələbi ilə keçirdiyi toplantının yekunu olaraq yayılan bəyanatda deyilir ki, “Estoniyanın hava sərhədinin qırıcılar tərəfindən pozulması, digər müttəfiqlərin hava sərhədinə müdaxilələr Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışlarının genişlənən nümunəsinin bir hissəsidir”.

Bildirilib ki, Rusiya bu hərəkətlərə görə tam məsuliyyət daşıyır: “Bu addımlar eskalasiyaya səbəb olur, yanlış hesablamalar riskini artırır və insan həyatını təhlükəyə atır. Bu hərəkətlərə dərhal son qoyulmalıdır”.

Bəyanatda daha sonra bildirilir ki, NATO və müttəfiqlər beynəlxalq hüquqa uyğun olaraq, özünü müdafiə etmək və hər cür təhlükənin qarşısını almaq üçün zəruri olan hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək.

“Biz cavablarımızı vaxtını, formasını və məkanını özümüz seçərək həyata keçirəcəyik. 5-ci maddəyə olan öhdəliyimiz sarsılmazdır”.

Bəyanatda o da qeyd olunub ki, Alyans üzvləri Rusiyanın bu qəbildən olan bütün cəhdlərinə baxmayaraq, Ukraynaya verdikləri dəstəyi davam etdirəcəklər: “Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə verir və bu ölkənin Rusiyanın qəddar və təcavüzkar müharibəsinə qarşı özünü müdafiə etmək hüququ var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam