Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BMT-nin xüsusi nümayəndəsi Bakıya gələcək

BMT-nin hakimlər və vəkillər üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
11-17 oktyabr tarixlərində Bakı şəhəri Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək. Bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın hakim, beynəlxalq təşkilat nümayəndələri və hüquqşünaslar qatılacaq.

Yenixeber.org: Məhkəmə-Hüquq Şurasının Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Hakimlər İttifaqından verilən məlumata görə, tədbirlə əlaqədar BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Margaret Satterhwaite də Bakıya səfər edəcək. Onun iştirakı məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər mövzusunda keçiriləcək beynəlxalq konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolunun müzakirəsinə xüsusi önəm verəcək.

Xatırladaq ki, Azərbaycan Hakimlər İttifaqının 2009-cu ildən üzv olduğu Beynəlxalq Hakimlər Assosiasiyası insan hüquqları və məhkəmə müstəqilliyinin qorunması istiqamətində önəmli addımlar atır. 2025-ci ildə Bakıda keçiriləcək Baş Assambleya çərçivəsində həmçinin qurumun idarəetmə orqanlarına seçkilər aparılacaq və növbəti prezident müəyyən ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam