Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

 İlham Əliyev Trampa təşəkkür etdi:Dostluğumuzu böyük dəyər kimi qiymətləndirirəm

Prezident İlham Əliyev Trampa təşəkkür edib: Dostluğumuzu böyük dəyər kimi qiymətləndirirəm
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabındakı paylaşımına görə təşəkkür edib.

Yenixeber.org: Bu barədə Prezident İlham Əliyev “X” hesabında bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton Sammitinə ev sahibliyi etməyinizdəki mühüm rolunuzu yüksək qiymətləndirirəm. Siz Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və yeni formalaşan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu böyük dəyər kimi qiymətləndirirəm”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Ağ Ev rəhbəri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, - Tramp yazıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam