Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ASA-da “Bilik günü” qeyd olunub-FOTOLAR

 

Sentyabrın 15-də Azərbaycan İdman Akademiyasında (ASA) 2025/2026-cı tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib.
Yenixeber.org: Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ilk dəfə səsləndirilən Akademiyanın himni tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilib.
“Bilik günü”ndə çıxış edən ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva, Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Prorektorlar Akademiyada görülən işlər, həyata keçirilən islahatlar və qarşıdakı hədəflər barədə ətraflı məlumat veriblər.
ASA-nın himn sözlərinin müəllifi, Akademiyanın məzunu Etibar Dilqəmoğlu çıxış edərək tələbəlik illərindən bəhs edib, Akademiyanın onun həyatında oynadığı rolu xüsusi vurğulayıb və gənclərə təhsillərində uğurlar arzulayıb.
ASA-nın Fiziki tərbiyə fakültəsinin dekanı Qəmbər Cəfərov çıxışında yeni tədris ilində fakültədə tələbələrin peşəkar inkişafı üçün yaradılan imkanları diqqətə çatdırıb.
İdman fakültəsinin dekan müavini Ələkbər Hüseynov tələbələrin akademik və idman fəaliyyətlərində uğurlar qazanması üçün yaradılan şəraitdən danışıb, gəncləri həm təhsildə, həm də idmanda yüksək nəticələr göstərməyə səsləyib.
Çıxış edən Sağlamlıq və menecment fakültəsinin dekan müavini Sevda Quliyeva isə tələbələrə tədris prosesində fəal olmağı, elmi-tədqiqat işlərində iştirak etməyi və biliklərini daim artırmağı tövsiyə edib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam