Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram

 

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin yekdilliklə razılığa gələcəyi və Rusiyadan neft alışını dayandıracağı təqdirdə, Moskvaya sanskiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

Yenixeber.org xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında bəyanat verib.

“NATO ölkələrindən bəzilərinin Rusiyadan neft alması şokedicidir. Bu bizim danışıqlar prosesindəki mövqeyimizi çox zəiflədir. Siz hazır olanda, mən də hazır olacam. Mən inanıram ki buna əlavə kimi, NATO-nun bir qrup olaraq Çinə qarşı 50%-dən 100%-ə qədər tarif vergisi tətbiq etməsi və bu rüsumların Rusiya ilə Ukrayna arasındakı müharibə başa çatdıqdan sonra tam şəkildə ləğv olunması da bu ölümcül, lakin absurd müharibənin bitməsinə böyük kömək göstərəcək. Çinin Rusiya üzərində güclü kontrolu var və Çinə qarşı tariflər bu kontrolu qıracaq. Bu, Trampın müharibəsi deyil. Bu, Zelenski və baydenin müharibəsidir. Mən sadəcə bunu bitirmək istəyirəm. NATO dediyim kimi etsə, müharibə tez bitəcək. Əgər bu baş verməsə, siz sadəcə mənim vaxtımı, enerjimi, və Amerikanın pulunu israf edirsiniz”, - Tramp qeyd edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam