Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq təsdiq edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən "Əmək sahəsində" standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.

Yenixeber.org xəbər verir ki, sözügedən standartlar fərdi mühafizə vasitələrinin təhlükəsizlik və texniki səmərəlilik tələblərini əhatə edir.

Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlar:

Qoruyucu geyimlər (ümumi tələblər, qaynaq və əlaqəli proseslər zamanı istifadə olunan qoruyucu geyimlər, həmçinin əllə idarə olunan zəncirli mişardan istifadə edənlər üçün qoruyucu geyimlər);

Metaltökmə zavodlarında və qaynaq işlərində ayaqqabılar;

Qoruyucu əlcəklər (təhlükəli kimyəvi maddələrə və mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər);

Göz və üzün mühafizəsi – "Sınaq üsulları"na dair tələbləri əhatə edir.

İş yerlərində işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi zamanı yeni standartların tələblərinə uyğun təşkil olunması, əməyin mühafizəsi qaydalarının təkmilləşdirilməsi, qüvvədə olan normalara və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm önəm kəsb edir.

Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsi üzrə standartların hazırlanması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, əməyin mühafizəsi sahəsində 2025-ci il üzrə hazırlanması planlaşdırılan 111 standartdan 35-i artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam