Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Serbiyada etiraz aksiyaları davam edir - 6 polis yaralandı, saxlanılanlar var

Serbiyada etiraz aksiyaları - 6 polis yaralandı

Bazar günü gecə Valyevo, Belqrad və Serbiyanın digər şəhərlərində baş verən iğtişaşlar zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb.

Yenixeber.org: Məlumata görə, bu barədə bazar günü Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dünənki razılaşdırılmamış etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb, onlardan 16-sı cinayət törətməkdə şübhəli bilinir. Daha 35 nəfər isə inzibati xətalara görə məsuliyyətə cəlb edilib”, - məlumatda deyilir.

Belqraddan 100 kilometr qərbdə yerləşən Valyevoda etirazlar şənbə günü axşam saatlarında şəhərdə polisin nümayişçilərə qarşı zorakılığını əks etdirən videonun sosial mediada yayılmasından sonra başlayıb. Bazar günü gecə orada hakim Serb Tərəqqi Partiyasının (SPP) və onun tərəfdaş partiyalarının, şəhər administrasiyası, məhkəmə və prokurorluğun ofislərinə hücum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam