Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elşad Abdullayevin məhkəməsi başlayır

elsad-abdullayev-haqda-ilkin-istintaq-bitdi

Azərbaycan Beynəlxalq Universitetinin (ləğv edilib-red) xaricdə yaşayan rektoru Elşad Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan ibtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham verilib.

Qiyabi icraat qaydasındakı cinayət işini Fəxri Məmmədovun sədrlik etdiyi hakimlər araşdıracaq. Yaxın günlərdə ilk iclas keçiriləcək.

Sabiq rektora ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlarından istifadə etmək təklif edilsə də o, ölkə hüdudlarından kənarda olduğundan bu hüquqlarından istifadə etməyib.

Dövlət tərəfindən təyin edilən vəkilin iştirakı ilə E.Abdullayev barəsində həbs qətiimkan  tədbiri seçilib, daha sonra iş üzrə ibtidai araşdırma tamamlanıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam