Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Bilgəh Kardioloji Sanatoriyasından Şikayət:Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir….

media-aff
Xalq artisti Tariyel Qasımova Bilgəh Kardioloji Sanatoriyasında hörmətsizlik olunub.
Yenixeber.org: Bu barədə redaksiyamıza aktyorun özü məlumat verib. Onun sözlərinə görə, buna səbəb akyora “göndəriş”də göstərilən tək otağın verilməməsi olub:
media-tar
“Bir həftə qaldım, çox pis şəraiti var, insanlara pis qulluq edirlər. Bu səbəbdən də acıq edib gedirəm. Acığın da dövlətə ziyanı var. Həmin sanatoriyada hər il oluram. Mənə gözəl qulluq ediblər, sənətkara, aktyora xüsusi diqqət olub. İndi oraya təzə rəhbərlik gəlib, davranışını, özünü idarə edə bilmir. “Göndərişim” var, orada hər şey qeyd edilib. Mən də həmin sənədə əsasən dedim ki, otaqda tək qalmaq istəyirəm. Mən həmişə tək qalmışam, adamla qala bilmirəm. Bu da normal bir şeydir. Direktor isə mənim otağıma ikinci bir adam göndərdi. Dedim ki, axı mənim sənədimdə tək adamlıq otaq yazılıb. Nə mənə baxdılar, nə də əlimdəki sənədə. Odur ki, acıq edib çıxdım”.
Tariyel Qasımov bildirib ki, sanatoriyadan yarımçıq gəlsə də, direktor qəti onunla maraqlanmayıb:
“Belə şey olar, ildə bir dəfə “göndəriş” alırdım. O da batdı”.
Qeyd edək ki, Bilgəh Kardioloji Sanatoriyasının direktoru kardioloq Afiyəddin İsgəndərovdur.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam