Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Netanyahu İlham Əliyevə məktub ünvanladı...

Netanyahu İlham Əliyevə məktub GÖNDƏRDİ

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Yenixeber.org: Təbrikdə deyilir: 

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 

Hörmətli cənab Prezident, əziz dost.

28 May - Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

İsrail və Azərbaycan arasındakı münasibətlər dərin tarixi kökə malikdir və ortaq dəyərlərimiz, xalqlarımız arasında möhkəm dostluq münasibətləri ilə daha da möhkəmlənib. Bu illər ərzində biz hökumətlərimiz və xalqlarımız arasında qarşılıqlı etimada, xoş niyyətə və həqiqi hörmətə əsaslanan tərəfdaşlığı inkişaf etdirmişik.

Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə HƏMAS-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.

Sizin rəhbərliyiniz altında Azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib.

Təəssüf edirəm ki, gözlənilməz vəziyyət səbəbindən iş qrafikimdə dəyişiklik zərurəti yarandı və bu, məni Azərbaycana çoxdan gözlədiyim səfərimi təxirə salmağa məcbur etdi. Bununla belə, mən səmimi şəkildə ümid edirəm ki, bizim ortaq maraqlarımızı və istəklərimizi müzakirə etməyə davam edə bilməyimiz üçün ya İsraildə, ya da Azərbaycanda görüşümüzü Sizə münasib vaxta təyin edəcəyik. 

Daha uzun illər üçün firavanlıq, dostluq və uğurlar arzuları ilə."


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam