Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Eldar Mahmudova pasport vermədilər -statusu bilindi

Eldar Mahmudova pasport vermədilər, statusu bilindi

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

Yenixeber.org: Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib. Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından verilən məlumatda deyilir.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında vəzifəsindən uşaqlaşdırılandan sonra Eldar Mahmudovun həbs olunacağı gözlənilirdi. Lakin ötən 10 il ərzində onu həbs etmədilər. 2017-ci ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində bir neçə dəfə dindirilən Eldar Mahmudovun həbsi gözlənilsə də, sonradan bu gözləntilər doğrulmadı.

Uzun illər onun hüquqi statusu da bəlli deyildi. Bilinmirdi ki, o, təqsirləndirilən şəxsdir, ya deyil. İndi isə məlum olur ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulub. Eldar Mahmudov istintaq altındadır. Bu baxımdan, “filankəs Arafda qalıb” təşbehi Eldar Mahmudova şamil oluna bilər.

“Araf” ifadəsi Qurani-Kərim mənşəli ifadədir və bəzən günlük həyatda, siyasi diskussiya və debatlarda, yazı və çıxışlarda da səslənir. “Araf” cənnətlə cəhənnəmin arasında bir yerdir. Yəni nə cənnətdir, nə cəhənnəm.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun durumu məhz bu ifadə ilə təsvir oluna bilər. Sabiq nazir illərdir nə həbs olunur, nə də nəzarətdən buraxılır. Onun hüquqi statusu da bəlli deyil. Bir sözlə, Mahmudov Arafdadır - cənnət və cəhənnəmin tən ortasında!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam