Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Xanlar Vəliyevin oğlu 14 milyonluq binanı aldı -Elşən Vəliyev hazırda təhvil-təslim aparır

bitmap-img6

Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Məmməd Araz küçəsi 109 ünvanında yerləşən “Avesta Konserni” kimi tanınan hündürmərtəbəli qeyri-yaşayış binası satılıb.
Yenixeber.org: Sözügedən binanın 14 milyon manata satıldığı deyilir.
“Avesta Konserni”nin sahibi, iş adamı hacı İbrahim Nehrəmliyə məxsus olmuş binanın yeni sahibi də məlum olub. Belə ki, “Avesta Konserni” binasının yeni sahibi Azərbaycanın sabiq hərbi prokuroru, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin oğlu Elşən Vəliyevdir.
Hazırda da Elşən Vəliyev sözügedən binada ofislərin təhvil-təslimi işinə rəhbərlik edir.
Elşən Vəliyev ixtisasca hüquqşünasdır, Ukraynadakı Azərbaycan Ticarət Evinin təsisçisidir.
Binanın yeni səhmdarlarından digər birinin isə Dubaydan olan iş adamı olduğu deyilir.
Xatırladaq ki, “Avesta Konserni” 1996-cı ildə fəaliyyətə başlayıb./demokrat.az/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam