Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik? -RƏSMİ CAVAB

 

Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib.Görüşdə iştirak edən ekspertlərdən biri Əkrəm Həsənov qeyd edib ki, onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

Yenixeber.org xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqı və sosial ödəmə kartları ilə bağlı sərbəst bank seçimi məsələsinə aydınlıq gətirib.

AMB-dən APA-ya bildirilib ki, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir.

Qeyd edilib ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır.

"Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir" - AMB-dən əlavə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam