Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

 

Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir.

Yenixeber.org xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev, həmçinin başqa dövlət qurumlarının idarə heyətlərinin üzvləri, nazir müavinləri və media subyektlərinin rəhbərləri iştirak edirlər.

Forum medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil edilir.

Tədbir açılış nitqləri və rəsmi hissənin ardınca “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukurunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifafəçilər” adlı panel sessiyalarla davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam