Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

İrandakı zəlzələ nəticəsində 19 nəfər yaralanıb -YENİLƏNİB

 

İranın Xorasan Rezəvi əyalətinin Raştxar şəhərində baş verən zəlzələ nəticəsində 19 nəfər yaralanıb.

Yenixeber.org xəbər verir ki, bunu əyalətin böhranlı vəziyyət idarəsi üzrə baş direktoru Seyid Məsud Yavəri bildirib. 

Onun sözlərinə görə, Taybad, Qonabad, Zavə və Torbat-Heydəriyə şəhərlərinin sakinləri də zərər çəkiblər. Bildirilib ki, ən çox xəsarət alan və ziyan dəyən Torbat-Heydəriyyənin sakinləridir.

Baş direktor deyib ki, zərərçəkənlərin sayının artacağı ehtimalı olsa da, xəsarət alanların hamısının vəziyyəti yaxşıdır. 

Məlumata görə, zəlzələ 10 km dərinlikdə, Raştxar şəhərindən 12, Dövlətabaddan (Zavə) 23, Torbat-Heydəriyyədən 43 km aralıda baş verib.

Qeyd edək ki, Raştxarın 61 min əhalisi var. O,  Məşhəddən 199 kilometr cənubda yerləşir. 

***

İranın Xorasan Rezəvi əyalətinin Raştxar şəhərində mayın 1-də səhər saatlarında 5 maqnitudalı zəlzələ olub.

Bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi bildirib.

Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər cəlb olunub.

Ə.Musəvi təbii fəlakət nəticəsində dəyən maliyyə ziyanını araşdırdığını qeyd edib. O bildirib ki, yeraltı təkanlar qonşu Xaf və Torbat-Heydəriyyə şəhərlərində də hiss edilib.

İcra başçısının sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alan və ölən olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam