Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Dəkkə Azərbaycanın Banqladeşdə diplomatik nümayəndəliyinin açılmasına ümid edir

 

Banqladeş Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyinin açılmasında maraqlıdır.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Caşim Uddin Azərbaycanla XİN-lərarası siyasi məsləhətləşmələrin ikinci raundu zamanı bildirib.

Azərbaycan tərəfindən görüşdə xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.

"Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ediblər. Siyasi, iqtisadi, mədəni və çoxtərəfli sahələrdə əməkdaşlığın artan dinamikasından məmnunluqlarını ifadə ediblər. Nazir C.Uddin Azərbaycanın Dəkkədə diplomatik nümayəndəliyinin (hazırda Azərbaycanın Hindistandakı səfiri eyni zamanda Banqladeşdə akkreditə olunub) açılmasının vacibliyini bir daha vurğulayıb", - məlumatda bildirilib.

Bildirilib ki, XİN-lərarası ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundu Bakıda keçiriləcək.

Nazir həmçinin Azərbaycanın qlobal iqlim gündəliyinin irəli aparılmasında aparıcı rolunu yüksək qiymətləndirib.

"O, həmçinin Azərbaycana səfər etmək istəyən Banqladeş vətəndaşları üçün viza ilə bağlı mövcud problemin münasib həllinin tapılmasına çağırıb. Görüşün yekunları üzrə tərəflər bir sıra memorandumların, o cümlədən diplomatlar və dövlət qurumlarının nümayəndələri üçün vizasız rejimin tətbiqi haqqında memorandumun imzalanması barədə razılığa gəliblər", - qurumdan bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam