Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

“Tamstore”də xanım işçisini döyən müdir:“Ehtiyatsızlıqdan Elmira xanımın üstünə yıxıldım”

“Ehtiyatsızlıqdan Elmira xanımın üstünə yıxıldım” – “Tamstore”də xanım işçisini döyən müdir

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Tamstore” mağazalar şəbəkəsində döyülmə hadisəsinin baş verdiyi iddia olunur.

Yenixeber.org: Bununla bağlı redaksiyamıza şikayət daxil olub.
Şikayətçi Elmira Aslanovanın sözlərinə görə, mağazada onu döyüblər:

“Rəhbərlikdən dəfələrlə xahiş etdim ki, mümkündürsə, yerimi dəyişsinlər.İşlədiyim 1 il ərzində bu baş tutmadı. Birlikdə işlədiyim xanım mənə kömək etmirdi. Bununla bağlı ona irad bildirəndə deyirdi ki, müdir mənim daydayımdı, arxamda durub. Bu durum məndə əsəb yaradırdı. Bütün işləri tək görürdüm.Yerdəyişmə ilə bağlı mağaza müavininə müraciət etdim, mənə ofisə yaxınlaşmalı olduğumu dedi. Ofisə yaxınlaşıb şikayətimi bildirdim. Ofisdən dedilər ki, bu, mağazadaxili məsələdir. Bundan sonra hər şey daha da pisləşdi.Müdir şikayət etdiyimi biləndən sonra məni təhqir etdi, nalayiq ifadələr işlətdi. Onun səsini yazmağa başladım.Bildi, səs tonunu aşağı saldı. Telefonu əlimdən alıb videonu, səsi silmək istədilər. Telefonumu götürüb qaçmağa çalışdım. Müdir o anda boğazımdan tutaraq mənə xəsarət yetirdi.Telefonum da yerə düşdü. Həm özüm zədələndim, həm də telefonum yararsız hala düşdü”.

Məsələ ilə bağlı sayta açıqlama verən mağaza müdiri Mirdamət Məmmədov baş verənləri təkzib edib:

“Elmira xanım mühafizəçinin üstünə hücum çəkirdi. Ona mane oldum. Mübahisənin nəyə görə olduğunu bilmirəm,sadəcə Elmira xanım elə düşünürmüş ki, onu işdən çıxarmaq istəyirəm. Ona xəsarət yetirməmişəm. O xanıma mağazada heç kim xəsarət yetirməyib. Sadəcə onu tutub saxlamışam. Videogörüntülərdə də bu var. Sonra Elmira xanım yıxıldı, mən də ehtiyatsızlıqdan onun üstünə yıxıldım”.

Qeyd edək ki, polis faktla bağlı araşdırmalara başlayıb.(milli.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam