Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Azərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək

 

Azərbaycanda pilotsuz uçan aparatların sistemlərinin (PUAS) istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək.

Yenixeber.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda öz əksini tapıb.

Qərara əsasən, hər bir hüquqi şəxsin eyni vaxtda yalnız bir istismarçı sertifikatı ola bilər.

Bundan başqa, istismarçı sertifikatının alınması üçün istismarçı aşağıdakı məlumatları və sənədləri şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə təqdim etməlidir:

- istismarçının adı, ünvanı, qeydiyyat haqqında dövlət reyestrindən çıxarışın surəti, elektron ünvanı və əlaqə nömrəsi;

- istismarçının mərkəzlə əlaqə yaratdığını təsdiq edən arayış;

- istismarçının PUAS əməliyyatlarının həyata keçirilməsi ilə bağlı fəaliyyətini, habelə bu Qaydalara uyğunluğunu təmin etmək üçün yerinə yetirdiyi müvafiq prosedurları özündə ehtiva edən istismarçının təlimatı;

- istismarçının sahib olduğu PUA-ların qeydiyyat sertifikatlarının surəti;

- istismarçının aidiyyəti şəxsi heyətinin siyahısı;

- “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Aviasiya haqqında” qanununa uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam