Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

İran ABŞ-nin son sanksiyalarını tənqid edib

 

Rəsmi Tehran ABŞ-nin İranın enerji, neft və qaz sektorları ilə əlaqəli bir sıra fiziki, habelə hüquqi şəxslərə, eləcə də ölkənin dinc nüvə proqramında iştirak edənlərə qarşı yönəlmiş son sanksiyalarını qətiyyətlə pisləyib.

Yenixeber.org xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai aprelin 23-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə tədbirlər qanunun aliliyi və azad ticarətin təməllərini zəiflədir.

Mətbuat katibi əlavə edib ki, İran iqtisadiyyatının və ticarətinin müxtəlif sektorlarına qarşı sanksiyaların davam etdirilməsi ABŞ-nin dialoq və danışıqlara can atması barədə bəyanatlarına birbaşa zidd olan qanunsuz, təhqiredici aktdır.

Xatırladaq ki, aprelin 21-də ABŞ Maliyyə Nazirliyi İranın iki vətəndaşı və 12 şirkətinə sanksiyalar tətbiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam