Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

“Nar” dan “OneRepublic” konsertinə xüsusi hədiyyə:Səhnəyə ən yaxın sən ol

“Nar” dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol
Sərfəli mobil operator “Nar” 28 aprel tarixində Bakı Kristal Zalında baş tutacaq “OneRepublic” konsertinin əsas dəstəkçisi olaraq, musiqi həvəskarlarını sevindirəcək. Musiqi və əyləncə dolu bu tədbirə öz abunəçilərini daha da yaxın etmək məqsədilə “Nar” sosial şəbəkələrdə xüsusi müsabiqəyə start verib.

Yenixeber.org: Müsabiqədə iştirak etmək üçün sadəcə “Nar”ın rəsmi “Instagram” səhifəsindəki paylaşımın şərh bölməsində dostunu işarələmək kifayətdir. İştirakçılar arasından 5 nəfər təsadüfi seçimlə qalib müəyyən olunacaq və hər biri 2 nəfərlik pulsuz bilet qazanacaq. Qeyd edək ki, müsabiqə 24 aprel saat 23:59-a qədər davam edəcək.

“Nar” gənclərin dinamik həyat tərzinə və musiqi zövqünə uyğun olaraq, texnologiya və əyləncəni bir araya gətirməyə davam edir. Həm musiqi, həm də hədiyyələrlə dolu bu fürsəti qaçırmayın!

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam