Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Milli Qvardiyanın generalı saxlanıldı -SƏBƏB

Rusiya Milli Qvardiyasının generalı saxlanılıb
Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsovu saxlayıblar.

Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, o “xüsusilə külli miqdarda dələduzluq”la bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Varentsovun Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilir. Hazırda onunla bağlı istintaq aparılır. Onun haqqında həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı qərar veriləcək.

Məlumata görə, istintaq general-mayorun həbsinə çalışacaq.

Qeyd edək ki, Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov bir ay əvvəl həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam