Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Azərbaycan və Çin arasında bu sənədlər imzalandı -SİYAHI


Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalanıb.

Yenixeber.org: İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)”, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu” yer alıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam