Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcək

 

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcəyini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə siyasətçi “Truth Social”da paylaşım edib.

“Melaniya və mən Papa Fransiskin dəfn mərasiminə Romaya gedəcəyik”, – ABŞ lideri yazıb.

Daha əvvəl “The New York Post” qəzeti ABŞ Prezidentinin qrafiki ilə tanış olan mənbələrə istinadən bildirmişdi ki, Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gələcəyi gözlənilir. Trampın özü əvvəllər jurnalistlərə dəfn mərasimində iştirak edib-etməyəcəyini söyləməkdə çətinlik çəkmişdi.

2013-cü ildən, sələfi XVI Benediktin (1927-2022) istefasından sonra, Roma Katolik Kilsəsinə başçılıq edən Fransisk aprelin 21-də 89-cu yaşında vəfat edib. Onunla vidalaşma mərasimi Müqəddəs Pyotr kilsəsində keçirilməlidir. Tədbir ölüm günündən dörd ilə altı gün arasında baş tutmalıdır. Dəqiq tarix kardinallar tərəfindən çərşənbə axşamı müəyyən ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam