Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Almaniya suriyalılara yardım üçün 300 milyon avro ayıracaq

 

Almaniya suriyalılara yardım üçün BMT vasitəsilə əlavə 300 milyon avro ayırmağı vəd edir.

Yenixeber.org xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

Onun sözlərinə görə, bu vəsaitin yarısından çoxu ölkədəki keçid hökumətinin iştirakı olmadan həyata keçiriləcək layihələrə yönəldiləcək.

Nazir qeyd edib ki, vəsait ərzaq, tibbi xidmətlər və sığınacaqla təminat, həmçinin əhalinin xüsusilə həssas təbəqələri üçün müdafiə tədbirlərinə sərf olunacaq.

A.Berbok əlavə edib ki, İordaniya, Livan, İraq və Türkiyədəki suriyalı qaçqınlar və onları qəbul edən icmalara da dəstək göstəriləcək.

Almaniya XİN rəhbəri Suriyanın dinc gələcəyini təmin etmək üçün inklüziv siyasi prosesin vacibliyini bir daha vurğulayıb.

"Avropalılar olaraq biz Suriya xalqının dəstəklənməsi, eləcə də azad və dinc Suriya üçün vahid cəbhədən çıxış edirik", - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam