Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Elman Paşayev məhkəmədə polislə dalaşdı -həbsi uzadıldı

Dələduzluqda ittiham olunan azərbaycanəsilli keçmiş vəkil Elman Paşayev məhkəmədə konvoy əməkdaşı ilə mübahisə edib.

Yenixeber.org: Konvoyun polis əməkdaşı keçmiş vəkili məhkəmə zalındakı barmaqlıqlara qədər müşayiət edəndə onlar arasında mübahisə düşüb. E.Paşayev qohumlarını salamlamaq qərarına gəlib və yerin az olması səbəbindən sözügedən polisi itələyib.

Konvoy əməkdaşı müttəhimi bu cür davranışın nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Əvəzində E.Paşayev taleyini qulluq göstərən polisin deyil, hakimin və müstəntiqin həll edəcəklərini deyərək ədəbsiz sözlər işlədib.

Tərəflər arasında sözlü atışma hakimin məhkəmə salonuna gəlməsinə qədər davam edib.

Məhkəmə "marafon kraliçası" Yelena Blinovskayanın əri Alekseyə qarşı dələduzluqda ittiham olunan E.Paşayevin həbs müddətinin mayın 15-dək uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, E.Paşayev 2024-cü ilin yazında dələduzluqda ittiham olunaraq həbs edilib. İstintaqın məlumatına görə, o, pul müqabilində A.Blinovskiyə və onun həyat yoldaşı - bloqer Yelena Blinovskayaya vergi ödəməmə ilə bağlı cinayət məsuliyyətindən azad olunmağı vəd edib. Bundan sonra o, aldadılmış ərdən ən azı 18.5 milyon rubl (təqribən 305 500 manat - red.) və 300 min dollar alıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam