Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Putin:ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur

2024/06/np_fi-1717651299.jpg

ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, ABŞ-nin hazırkı hakimiyyəti praqmatizm və hadisələrə real baxış nümayiş etdirir, stereotipləri və messianist ideoloji klişeləri rədd edir.

Putin qeyd edib ki, Rusiya ilə ABŞ arasındakı dialoq hamını qane etmir, ona görə də, onlar onu pozmağa çalışacaqlar.

"Biz Qərb elitasının Rusiya Federasiyası ilə ABŞ arasında dialoqa müdaxilə etmək cəhdlərinin qarşısını almaq üçün diplomatiyanın və kəşfiyyat xidmətlərinin bütün imkanlarından istifadə etməliyik. Rusiya və ABŞ əməkdaşlığı bərpa etməyə hazırdır", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin ölkəsinin heç vaxt Ukrayna böhranını sülh yolu ilə həll etməkdən imtina etmədiyini söyləyib.

Əlavə edib ki, Rusiya hərbçilər Ukraynadakı fəaliyyəti ilə əsas beynəlxalq problemlər üzrə dialoqun başlanmasına şərait yaradıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam