Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Xocalıda baş vermiş mina partlayışına münasibət -RƏSMİ

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib
Ermənistan tərəfinin Azərbaycan ərazilərinə fərq qoymadan yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.

Yenixeber.org: Bu sözlər Xarici İşlər Nazirliyinin bu gün Xocalıda baş vermiş mina partlayışı ilə bağlı açıqlamasında deyilir.

Paylaşımda qeyd olunur ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsinin sonundan bu yana qurbanların sayı 383 nəfərə çatıb.

İnsidentin baş verdiyi yer Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox kənara mina yerləşdirməsinin daha bir sübutudur.

Qeyri-adi humanitar fəsadları və minalanmış ərazilərin qalmasının sülh və barışıq səyləri üçün yaratdığı çətinlikləri nəzərə alaraq, Azərbaycan minaların təmizlənməsində beynəlxalq ictimaiyyətin dəstəyinə güvənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam