Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik -VİDEO

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür. 

Yenixeber.org: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Belə ki, onlayn balans artırmaq üçün:

1.    www.odenisliyol.az rəsmi internet səhisəsinə daxil olun.
2.    "Balans artırma" bölməsini seçin.
3.    Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş.
4.    "Mənim səhifəm" bölməsindən "Etiket vəziyyəti" alt bölməsinə keçid edin.
5.    "Balans artırma" bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.

Kartın balansını satış məntəqələrində də artırmaq mümkündür. 

Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür. 

Xatırladaq ki, “Sürətli Keçid Kartı”nı aşağıdakı satış məntəqələrindən əldə etmək mümkündür:

•    Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı ASAN xidmət mərkəzləri.
•    Sumqayıt şəhəri 2 saylı ASAN xidmət mərkəzi.
•    Quba ASAN xidmət mərkəzi.
•    Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələri.

“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

“Sürətli Keçid Kartı”nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.odenisliyol.az rəsmi internet səhisəsindən tanış olmaq mümkündür. 

“Sürətli Keçid kartı” nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır. 

Yaranmış çətinliklərlə bağlı *1009 nömrəli “Qaynar Xətt” ə zəng edərək dəstək xidməti almaq olar. Bundan başqa www.odenisliyol.az rəsmi internet səhisəsi üzərindən və ya info@tollroad.az email ünvanına elektron məktubla müraciət etmək də mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam