Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Britaniya Ukraynaya qoşun göndərməyə HAZIRDIR -RƏSMİ

 

Britaniyanın baş naziri Keir Starmer ölkəsinin lazım gələrsə, təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib.

Yenixeber.org xəbər verir ki, bu barədə o, “Telegraph” qəzetindəki məqaləsində bildirib.

Starmer Britaniya qoşunlarının təhlükəsizliyi ilə bağlı məsuliyyəti dərk etdiyini, lakin Ukraynaya yardımın Avropanın və Britaniyanın özünün təhlükəsizliyini təmin edəcəyinə inandığını qeyd edib.

“Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bu, həm də lazım gələrsə, qoşunlarımızı ölkə ərazisinə daxil etməklə Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə töhfə verməyə hazır olmaq və istəyi deməkdir”, - o yazıb.

Starmer əlavə edib ki, yaxın günlərdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Bu görüşdə o, ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırır.

Məqalədə o qeyd edir ki, Tramp Avropanın təhlükəsizlik xərclərini artırmalı və NATO-da daha böyük rol almalı olduğunu söylədikdə haqlıdır. "Biz öz müdafiəmizə ciddi yanaşdığımızı göstərməliyik", - Starmer bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam