Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır - FOTOLAR

Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır - FOTO  - VİDEO
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır.

Yenixeber.org: “Rus Evi”nin əməkdaşları divarlardan tabloları çıxarır, əşyaları daşıyırlar.

Qeyd edək ki, Bakıdakı “Rus Evi” bu gün açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Eyni zamanda, bu gün Bakıda “Rus Evi”nin yerləşdiyi binadan mərkəzin
adının rus dilində yazılmış hissəsi sökülüb.

Xatırladaq ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə
xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam