Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Küləkli hava nə vaxtadək davam edəcək? -AÇIQLAMA

kulekli-hava-ne-vaxtadek-davam-edecek

Saat 15:30-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti fevralın 10-dək davam edəcək.

Belə ki, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki (Kişçay), Oğuz, Qəbələ, Zaqatalada (Əlibəy) arabir qar, Tərtər, Gəncə, Şəmkir, Şamaxı, Astarada isə yağış yağır. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində də zəif qar müşahidə olunur.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Zaqatala, Şəki, Şamaxı, Lerik, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 1000 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam