Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

FHN şadlıq sarayı və restoran sahiblərinə müraciət edib

 

Fövqəladə Hallar Nazirliyi (FHN) şadlıq sarayı və restoran sahiblərinə müraciət edib.

Yenixeber.org xəbər verir ki, müraciətdə bir sıra fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyinə əməl etmədiyi və sonda ağır fəsadlarla nəticələnən hadisələr baş verdiyi bildirilib.

Məlumata görə, pirotexniki vasitələrdən istifadənin qanunla qadağan edilməsi və yaratdığı təhlükə ilə əlaqədar dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayı və restoranlar tərəfindən bu vasitələrdən istifadəyə, o cümlədən yanğın təhlükəli effekt yaradan səhnələrin təqdimatına şərait yaradılır ki, nəticədə acı fəsadlar ortaya çıxır.

"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin vacibliyini, xüsusilə pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu xatırladır və bu sahədə pozuntuya yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirir", - müraciətdə bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam