Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

ABŞ kəşfiyyatı: “HƏMAS” 15 minə qədər adamını öz sıralarına cəlb edib

 

Fələstinin “HƏMAS” hərəkatı İsraillə müharibə başlayandan bəri 10-15 min insanı öz sıralarına cəlb edib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Reuters” ABŞ Konqresindəki hərbi kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məqalə dərc edib.

Agentlik yazıb ki, bu, təşkilatın hələ də İsrail üçün təhlükə yarada biləcəyini göstərə bilər.

Bundan əvvəl ABŞ bəyan edib ki, münaqişənin aktiv mərhələsi başlayandan təxminən eyni sayda “HƏMAS” döyüşçüsü öldürülüb.

“İsrail hər dəfə hərbi əməliyyatlarını dayandırıb geri çəkiləndə, HƏMAS yaraqlıları yenidən toplaşır və peyda olurlar”, - deyə keçmiş dövlət katibi Entoni Blinken bildirib.

Eyni zamanda, nəşr qeyd edib ki, “HƏMAS”ın öz sıralarına cəlb etdiyi şəxslərin çoxu gənc və təcrübəsiz, döyüşə hazır olmayan və əsasən sadə təhlükəsizlik işləri ilə məşğul olan insanlardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam