Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ərdoğan oteldəki yanğından danışdı:hər hansı müzakirəni rədd edirik


Qartalqaya otelində baş verən yanğında vəzifəyə etinasızlıq, qanunsuzluq və tamahkarlıq ucbatından millətimizə böyük ağrılar yaşadanlar mütləq məhkəmə qarşısında cavab verəcəklər.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İstintaq çərçivəsində müəssisə sahibi, otel işçiləri və 3 bələdiyyə işçisi olmaqla, 14 nəfər saxlanılıb. Bundan sonra nə lazımdırsa, ediləcək. Hamımızı sarsıdan, hamımızı dərindən yaralayan belə bir üzücü hadisə qarşısında siyasətlə məşğul olmağı özümüzə uyğun görmürük. Yaxınlarını, övladlarını, əzizlərini itirmiş vətəndaşlarımızın acısı hələ təzə olsa da, kiminləsə dava salmaq kədərli ailələrimizə qarşı hörmətsizlik olacaq. Buna görə də biz bu proseslərə hər hansı bir zərər verə biləcək istənilən müzakirəni rədd edirik”, - Ərdoğan söyləyib.

Qeyd edək ki, Türkiyədə Qartalqaya dağ-xizək kurortundakı oteldə 21 yanvarda dəhşətli yanğın baş verib. Yanğın nəticəsində 78 nəfər ölüb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam