Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Almaniya məscidlərində bomba XƏBƏRDARLIĞI

Almaniya məscidlərində bomba xəbərdarlığı

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Duysburq şəhərində naməlum şəxs Dəyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Mərkəzi məscidinin elektron ünvanına məktub göndərərək oraya bomba yerləşdirdiyini və günorta saatlarında partladacağını iddia edib.

Yenixeber.org: Məlumata görəi, iddia ilə əlaqədar əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub, məscid boşaldılıb və axtarış aparılıb. Əməliyyat nəticəsində məsciddə hər hansı partlayıcı maddə aşkarlanmayıb və məscid yenə ibadət üçün açılıb. 

Eyni məzmunlu xəbərdarlıqlar Essen və Köln şəhərlərindəki DİTİB Mərkəzi məscidlərinə də göndərilib. Həmin məscidlərdə də polis tərəfindən axtarışlar aparılıb və bomba aşkar edilməyib. 

Polis xəbərdarlıqlarla əlaqədar məscidlərdə mühafizə tədbirlərini davam etdirir.

Məscidlərdə cümə namazı zamanı hər hansı hadisə baş verməyib.(“Bild”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam