Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Xəstə uşağı evə göndərərək ölümünə səbəb olan həkimə -Bu cəza verildi

Kürdəmirdə qızılcaya yoluxmuş uşağın ölümünə görə barəsində cinayət işi açılmış həkimə hökm oxunub.

Yenixeber.org  xəbər verir ki, azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham edilib.

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 48 yaşlı həkimə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib. E.Musayev bu cəzadan sonra 2 il 6 ay müddətə həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan da məhrum edilib.

Qeyd edək ki, 4 yaşlı Rüfət Qəribli qızılca diaqnozu ilə iki dəfə xəstəxanaya aparılsa da, həkim onda ağırlaşma olmadığını bildirərək ambulator müalicəyə yazıbmış. Daha sonra evdə halı pisləşən uşaq ailəsi tərəfindən xəstəxanaya aparılsa da, yolda vəfat edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam