Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Azərbaycan idmançıları Belçika açıq cüdo turnirində iştirak edəcəklər

 

Azərbaycan idmançıları Belçika açıq cüdo turnirində iştirak edəcəklər.

Yenixeber.org xəbər verir ki, Vise şəhərində keçiriləcək yarışda 24 ölkədən 800-dən çox idmançı qüvvəsini sınayacaq.

Azərbaycan yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunacaq.

Qadınların heyətində Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova, Fidan Qasımova (hamısı 52 kq), Acelya Toprak, Fidan Əlizadə, Aytən Verdiyeva (hamısı 57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaq.

Kişilərin mübarizəsində isə Murad Muradlı (60 kq), Elşən Əsədov, Nazir Talıbov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Qadir Hüseynov, İbrahim Əliyev, Aydın Rzayev, Rüfət Şövlətov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Süleyman Şükürov (hamısı 81 kq), Nihad Şıxəlizadə (100 kq), İmran Yusifov və Camal Feyziyev (hər ikisi +100 kq) qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, turnir yanvarın 25-dən 26-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam