Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Makronun doğum günündə qalmaqal: Fransa prezidenti irqçilik və homofobiyada ittiham olunur

 

Fransa prezidenti Emmanuel Makron bu gün doğum gününü və gələn həftə Milad bayramını qeyd etməyə hazırlaşarkən, “Le Monde” qəzetində dərc olunan və sol müxalifətin etirazına, irqçilik, seksizm və homofobiya ittihamlarına səbəb olan məqalə ucbatından çətin günlər yaşaya bilər.

Yenixeber.org: Mayott adasındakı dağıdıcı qasırğa və hökumət böhranından əlavə, “Le Monde” qəzetindəki son məqalə də Makron üçün narahatlıq yaradıb. Nəşrə görə, Fransa prezidenti əhalinin müxtəlif qruplarına - qaradərililərə, Məqrib mənşəli vətəndaşlara, eləcə də cinsi azlıqlara qarşı bir sıra təhqiramiz şərhlər səsləndirib.

Məqaləyə əsasən, Makron ölkədəki xəstəxanaların problemlərindən danışarkən bildirib ki, bunlar xəstəxanaların qəbul şöbələrində çox sayda "mamadu"nun (ölkədə qaradərililəri təhqir etmək üçün işlədilən jarqon ifadə) olması ilə əlaqəlidir. O, həmçinin Məqrib mənşəli fransızlara münasibətdə "rabzuz" kimi başqa bir jarqon ifadə işlədib və LGBT icmasına qarşı təhqiramiz şərhlər verib.

“Le Figaro”ya açıqlama verən Yelisey sarayı bu fikirləri "başqalarının dilindən danışılan" və "etibarlı hesab edilə bilməyən" iddi kimi qiymətləndirərək onları təkzib edib. Dövlət başçısına yaxın digər bir mənbə də "siyasi rəqiblər tərəfindən nəşrə ötürüldüyü aşkar olan fikirlərin fakt kimi təqdim edilməsinin təəccüblü olduğunu" bildirib.

Somma departamentindən olan deputat Fransua Ruffen isə qalmaqala "Burada hər şey var: irqçilik, homofobiya, seksizm", - deyə reaksiya verib. Milli Assmbleyadakı “Yenilməyən Fransa" partiyasının vitse-prezidenti Klemans Gette prezident Makron haqqında "bu irqçi ifadələr onun həmin vəzifəni tutmağa layiq olmadığını göstərir", - deyib.

Nor departamentindən olan deputat David Giro qeyd edib: "Əgər o fikirlər təsdiqlənərsə, bu, prezidentin istefasına çağırışların legitimlik yükünü daha da artıracaq”.

Məqalədə həmçinin Lusi Kastets (NFP) və ekoloqların lideri Marin Tondelye kimi sol siyasi fiqurlar haqqında "şıltaq" kimi ifadələrin səsləndirildiyi də qeyd olunub. M.Tondelye bunun "son dərəcə şokedici homofob ifadələrə əlavə olunan seksist fikirlər" olduğunu bildirib.

Prezidentin əksər tərəfdarları baş verənləri şərh etməkdən hələlik çəkinirlər. Yalnız makronist deputat Qiyom Quffye prezidentə ünvanlanan fikirləri "nə demokratiyaya, nə də jurnalistikaya xidmət etməyən məsuliyyətsiz sensasiya axtarışı" adlandıraraq pisləyib.

Eyni zamanda, Yelisey sarayı da bəhs olunan iddiaları rəsmən rədd edib.(Figaro)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam