Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Vilayət Eyvazov Qazaxıstana səfər edib -FOTO

Vilayət Eyvazov Qazaxıstana səfər edib

Dekabrın 19-20 tarixlərində Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdə olub.

Yenixeber.org: Məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Astana şəhərində Qazaxıstan  Respublikasının daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovla görüşüb.

Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla, o cümlədən onun mütəşəkkil formaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri, ekstremizmin təzahürləri və digər məsələlər müzakirə edilib.

Daxili işlər nazirləri arasında müasir dövrün çağırış və təhdidlərinə qarşı birgə mübarizə üzrə qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam