Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Səbinə Əliyeva: Beynəlxalq ictimaiyyət insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır

Beynəlxalq ictimaiyyət insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır

Hazırda dünya ictimaiyyəti insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır.

Yenixeber.org-un məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 10 Dekabr- Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan da bu kimi ikili standartlardan əziyyət çəkir:

“Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın Ermənistanın işğalı altında olması, həmin ərazilərdə şəhər və kəndlərin, tarixi, mədəni abidələrin dağılması, bir çox flora və fauna növlərinin məhv edilməsi, torpaqlarımızın minalarla çirkləndirilməsi buna nümunədir".

Ombudsman bu il qəbulunun 76-cı ildönümünü qeyd edildiyi Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbət mənada dəyişməsinə səbəb olduğunu bildirib.

S.Əliyeva vurğulayıb ki, cari ildə insan hüquqlarının, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Tədbirdə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən "İqlim dəyişikliyi və insan hüquqları" mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Uşaq rəsm müsabiqəsində birinci yerə Xətai rayonu 3 saylı Uşaq Evindən Aybəniz Kərimovanın rəsmi layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam