Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib, polislə müxalifət arasında toqquşma olub- FOTO

 

Cənubi Koreyada fövqəladə vəziyyət elan olunduqdan sonra paytaxt Seulun küçələrinə hərbi texnika yeridilib, helikopterlər isə səmada patrul fəaliyyətinə başlayıb.

Yenixeber.org-un məlumatına görə, bunu ordu generalı Pak An Su bildirib.

Onun sözlərinə görə, artıq parlamentin binası qarşısına toplaşan müxalifət tərəfdarları ilə polis arasında toqquşmalar qeydə alınıb.

Bu arada, ölkənin müxalifətdəki Demokratik Partiyasının lideri Li Cje Mön hərbi vəziyyət rejiminin tətbiqini konstitusiyaya zidd addım adlandıraraq, əhalini parlament binasının önündə toplaşmağa çağırıb.

Qeyd edək ki, ölkənin Konstitusiyasına əsasən qanunverici orqan səs çoxluğu ilə hərbi vəziyyətin ləğvi barədə qərar qəbul etsə, dövlət başçısı onun icrasını təmin etməlidir.(Yonhap” Agentliyi)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam