Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Keçmiş futbolçu Gürcüstanda prezidentliyə namizəd oldu

 

“Gürcü Arzusu” partiyası keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini ölkə prezidenti postuna irəli sürüb. 

Yenixeber.org-un xəbərinə görə, bu barədə partiyanın sədri Bidzina İvanişvili danışıb.

"Mixail Kavelaşvilinin ictimaiyyətə xüsusi təqdimata ehtiyacı yoxdur. O, uzun illər uğurlu futbolçu kimi Gürcüstanın şərəfini qoruyub. Mişa Gürcüstanın futbol komandasının təcrübəli üzvü olub. O, bir neçə ölkənin dəfələrlə çempionudur. O, təbiətcə də gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, gözəl ər və dörd uşaq atasıdır”, - o vurğulayıb.

“Gürcü arzusu” Gürcüstanda prezident seçkilərini dekabrın 14-nə təyin edib.

Qeyd olunur ki, Salome Zurabişvili birbaşa səsvermə yolu ilə seçilən sonuncu prezident olacaq. Seçicilər Kollegiyası ölkənin yeni liderini 5 il müddətinə seçəcək.

Kollegiyaya Gürcüstan parlamentinin, tanınmamış Abxaziyanın Ali Şurasının, Acarıstan Ali Şurasının və bələdiyyə şuralarının 109 üzvü daxildir. Prezidenti seçmək üçün 200 səs toplamaq lazımdır.

Namizədlərdən heç biri lazımi sayda səs toplamasa, ən yaxşı nəticə göstərən iki namizədin iştirak edəcəyi ikinci tur keçiriləcək.

Mixail Kavelaşvili haqqında nə məlumdur

Mixail Kavelaşvili keçmişdə məşhur futbolçu olub. Peşəkar karyerasına 1987-ci ildə Tbilisi "Lokomotiv"ində başlayıb, daha sonra Tbilisi "Dinamo"suna keçib. 1995-ci ildə Rusiyanın "Spartak-Alaniya" klubuna, bir il sonra isə İngiltərənin "Mançester Siti"sinə keçib. Daha sonra bir neçə İsveçrə klubunda çıxış edib.

2016-cı ildə Kavelaşvili hakim “Gürcü arzusu” partiyasından Gürcüstan parlamentinə seçilib. Jurnalistlər onun tez-tez Qərbi tənqid etdiyini və ölkənin Avropaya inteqrasiyasına qarşı çıxdığını qeyd edirlər.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam