Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Avtobuslar həmin zolaqlara girə bilər, ya yox?

Xəbər verdiyimiz kimi, bu gündən Bakıda bir sıra küçə və prospektlərdə təşkil edilmiş COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan edilib.

Yenixeber.org-un məlumatına görə, ötən gün aidiyyəti dövlət qurumu tərəfindən həmin zolaqlara müntəzəm marşrut xətləri üzrə avtobusların daxil olmaması ilə bağlı da göstəriş verilib. Lakin bu gün səhər avtobusların sürücü monitorlarına bildirişlər göndərilərək müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların müvəqqəti olaraq COP29 nişanlı zolaqlardan istifadə edə biləcəyi bildirilib.

Bu qərar bir sıra istiqamətlərdə sürücülərin çaşqınlıq yaşamasına səbəb olsa da, qısa vaxtda sərnişindaşıma ilə bağlı vəziyyət qaydasına düşüb.

Bildirilib ki, COP29 beynəlxalq tədbirləri ilə əlaqədar müəyyən edilmiş vaxtadək avtobuslar bu zolaqlara daxil ola bilər. Lakin tədbir günlərində avtobuslar da COP29 zolaqlarına buraxılmayacaq. Belə ki, buradan yalnız müvafiq icazəsi olan nəqliyyat vasitələri istifadə edə biləcək.

Qeyd edək ki, daha əvvəl AYNA tərəfindən verilmiş açıqlamalarda tədbirdən sonra COP29 zolaqlarının avtobus zolağı kimi saxlanmasının nəzərdə tutulduğu bildirilib.

Onu da əlavə edək ki, qanunvericiliyə əsasən, COP29 zolaqları avtobus zolaqları statusundadır və 5.9-cu - “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanı ilə işarələnir. Buraya qanunsuz daxil olan digər nəqliyyat vasitələri 100 manat + 3 cərimə balı dəyərində cəzalandırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam